Kurslar

Qələm Akademiyasında müstəqil qrafik və distant üslubda əqidə, təfsir, sira, hədis, fiqh, islam əxlaqı və ərəb dili dərsləri tədris edilir.

7 nəticə

AbdurRahim Muradlı

Kursda siz hər bir müsəlmanın bilib əməl etməli olduğu əxlaq normalarını öyrənəcəksiniz. Əxlaq dedikdə ilk öncə müsəlmanın öz Rəbbinə, sonra Peyğəmbərinə, sonra isə digər vacib bilinən ədəblər haqqında öyrənəcəksiniz.

6 saat 11 dəqiqə / 24 mühazirə

Elçin Şunqarov

Əqidə kursunda siz əqidə elminin elmi əsaslarını öyrənəcəksiniz. Əqidə elmi vacib elmlərdən sayılır. Belə ki, bütün Peyğəmbərlər hər şeydən öncə insanları doğru əqidəyə çağırmışlar. Əqidə bu işin özəyidir. Əgər özək sağlam və doğru olarsa, üzərində inşa edilənlər də sağlam və daimi olacaqdır.

6 saat 11 dəqiqə / 23 mühazirə

Elçin Şunqarov

Kursda siz hər bir müsəlmanın ilkin bilməli olduğu Hədisləri və onların şərhini və bu şərhlər əsasında vacib şəriət elmini öyrənəcəksiniz. Hədisləri öyrənmək vacib elm sayılır. Hədisləri oxumaqla sanki Peyğəmbərlə (Sallallahu aleyhi vəsəlləm)  danışır, ondan təlim alır, eyni zamanda hədisləri rəvayət edən səhabələri də tanıyırsınız.

6 saat 59 dəqiqə / 23 mühazirə

AbdurRahim Muradlı

Kursda siz hər bir müsəlmanın bilib əməl etməli olduğu gündəlik ibadətlər haqqında ətraflı öyrənəcəksiniz. Fiqh elmində alimlər müsəlmana lazım olan şəriət məsələlərini ən xırda incəliyinə qədər araşdırmış və məlumatları mövzulara uyğun tərtib etmişlər. Siz də bu kursda mühüm məsələləri tam dəqiqliyi ilə öyrənəcəksiniz.

2 saat 47 dəqiqə / 10 mühazirə