Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir:

«Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027).

«Ən xeyirliniz əxlaqı ən gözəl olandır». (Sahih əl-Buxari, 6035).

«Ən xeyirliniz (borcu) ödəməkdə ən gözəl olandır». (Yəni, borcu qaytararkən). (Sahih əl-Buxari, 2305).

«Ən xeyirliniz xeyiri ümid edilən və şərrindən əmin olunandır». (Sahih ət-Tirmizi, 2263).

«Ən xeyirliniz həyat yoldaşı ilə xeyirli olandır.» (Sahih ibn-Hibban, 4177).

«Ən xeyirliniz (acları) doyduran və salamı qaytarandır». (Sahih əl-Cami, 3318).

«Ən xeyirliniz namaz vaxtı çiyinləri ən yumşaq olandır». (Yəni: Namaz vaxtı səfə daxil olana yer edir.) (Ət-Tərğib vət-Tərhib, 1/234).

«Ən xeyirliniz ömrü uzun olub əməli gözəl olandır». (Sahih əl-Buxari, 3297).

«Ən xeyirliniz insanlar üçün ən faydalı olandır». (Səhih əl-Cami, 3289).

«Allah yanında ən xeyirli yoldaş, sizdən yoldaşı (dostu) üçün ən xeyirli olandır. Allah yanında ən xeyirli qonşu isə sizdən qonşusuna ən xeyirli olandır». (Sahih əl-Ədəb əl-Mufrad, 84).

«İnsanların ən xeyirlisi məxmur qəlbli və sadiq (doğru) dilli olandır. Dedilər: Sadiq dillini bilirik, bəs məxmur qəlb nədir. Peyğəmbər ﷺ dedi: O təmiz və qorxan qəlbdir, özündə heç bir gunah, düşmənçilik, kin və həsəd saxlamır». (Sahih əl-Cami, 3291).

Paylaş

Bənzər Məqalələr

Peyğəmbərimiz ﷺ demişdir: Sədəqə – su odu söndürdüyü kimi günahları silir. (Tirmizi) Allahın elçisinin ﷺ sədəqənin günahları silməsini, suyun odu söndürməsinə bənzətməsi dəlildir ki, su odu tam şəkildə söndürdüyü kimi, sədəqə də, kiçik günahların hamısını […]