İslam dini Allahdan başqa heç kimi ilahlaşdırmamağa, Onun ən möhtərəm qulları olan peyğəmbərlərə belə sadəcə bir insan kimi yanaşmağa çağırmışdır. Bəşəriyyətin müəllimləri olduqları üçün ən fəzilətli şəxslər olmaqla yanaşı, onların heç bir ilahi qüdrətlərinin də olmamasını Qurani-Kərim bizə bu cür izah edir:

“(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də heç şübhəsiz, yemək yeyir və (sadə bir insan kimi) bazarlarda gəzib dolaşırdılar..” (Furqan surəsi, 20-ci ayə)

İslam dininə görə bəşəriyyətin ən üstün və fəzilətli insanları olan peyğəmbərlər, habelə öndər və saleh şəxslərin heç birinin ilahi qüdrəti yoxdur. Beləliklə də, onları ilahlaşdırmaq və ifrat sevgi bəsləmək dinimizin prinsiplərinə zidd hesab olunur. Qeyd etdiyimiz ayə, çoxsaylı arqumentlərdən sadəcə biri idi.

Paylaş

Bənzər Məqalələr

Peyğəmbərimiz ﷺ demişdir: Sədəqə – su odu söndürdüyü kimi günahları silir. (Tirmizi) Allahın elçisinin ﷺ sədəqənin günahları silməsini, suyun odu söndürməsinə bənzətməsi dəlildir ki, su odu tam şəkildə söndürdüyü kimi, sədəqə də, kiçik günahların hamısını […]

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]